Terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
16:15 / 30.04.2025
3417
Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin cinayət işi üzrə məhkəmə başlayır.
Sfera.az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
İş hakim Hafiz Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib.
Qeyd edək ki, Zeynəddin Hacıyev Cinayət Məcəlləsinin 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham olunur.