Qadın Vatsapda 11 qrup yaratdı, 1,2 milyon mənimsədi...


Qadın Vatsapda 11 qrup yaratdı, 1,2 milyon mənimsədi...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, Tənzilə Kərimova 11 Vatsap qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

 

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

 

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

 

Xatırladaq ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan, 1990-cı il təvəllüdlü qadının dələduzluq faktı aşkar ediləndən sonra həyat yoldaşından da ayrılıb.


OXŞAR XƏBƏRLƏR

Futbol meydanında qeyri-adi hadisə - Oyun yarımçıq dayandırıldı - VİDEO

Hindistan Super Kubokunun Inter Kaşi ilə Mumbai Siti komandaları arasında keçirilən qarşılaşması qeyri-adi hadisə ilə yadda qalıb. Oyunun gedişində top tribunal...

Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – AÇIQLAMA

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region k...

"ABB mobile" tətbiqi daha da etibarlı oldu

"ABB" yeni təhlükəsizlik tədbirləri ilə "ABB mobile" tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhl...

“WhatsApp” istifadəçilərinə böyük yenilik - Artıq mümkün olacaq...

  Mobil versiyada mövcud olan səsli və video zəng funksiyası artıq "WhatsApp"ın veb versiyasında da əlçatan olacaq.   Sfera.az x...

Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   ...

Leyla çənəsini "uzatdı", görün nə hala düşdü - FOTO

Aparıcı Leyla Mustafayeva izləyicilərini təəccübləndirib.   Sfera.az  xəbər verir ki, o, etdirdiyi kosmetoloji prosedurdan görüntü paylaşıb...