Bakıda arvad ərini döydü, vəziyyəti ağırdır

Hadisə
07:35 / 30.04.2025
1795
Bakıda ailə münaqişəsi zamanı kişi döyülüb.
Sfera.az xəbər veir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Zeynal Xəlil küçəsində baş verib.
1973-cü il təvvəllüdlü Kərimov Seymur Kərim oğlu həyat yoldaşı tərəfindən döyülüb.
O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrindən əzik xəsarətləri alıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılır. (Teleqraf)