Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib. 

 

Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

 

Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp Ağdemirə görə baş verib. 

 

Belə ki, Mania Nəcəfzadə Bakıdakı evini Talıp Ağdemirə müvəqqəti yaşamaq üçün verərək, İstanbula gedib. İlahə Hacıyava həmin evdə Talıp Ağdemirlə görüntülərini Mania Nəcəfzadəyə göndərib. Bundan qəzəblənən Mania Nəcəfzadə İstanbuldan Bakıya gələrək, İlahə Hacıyavadan polisə şikayət edib. 

 

Tərəflər polisdə qarşılaşıb, izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Bundan sonra Mania Nəcəfzadə əsəblərini cilovlaya bilməyib və İlahə Hacıyavanın sağ çiyin nahiyəsindən vuraraq, sağlamlığın uzun müddət pozulmasına səbəb olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurub. 

 

Məhkəmənin qərarı ilə sahibkar qadın barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib. 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...