Naxçıvanda ağır qəza -Tələbələri maşın vurdu

Hadisə
12:14 / 28.04.2025
4268
Naxçıvan şəhərində ağır yol qəzası baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.