Avtomobil idman zalına çırpıldı- 25 yaşlı sürücü öldü


Avtomobil idman zalına çırpıldı- 25 yaşlı sürücü öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

 

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

 

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR