Limanındakı partlayışda yaralananların sayı 200 nəfərə çatıb - VİDEO

Hadisə
14:45 / 26.04.2025
2853
İranın cənub-qərbində yerləşən Bəndər-Abbas limanında baş verən güclü partlayış nəticəsində yaralananların sayı 200-ə çatıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, partlayışa gömrükdə saxlanılan yanıcı maddələrin alovlanması səbəb olub. Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb edilib, ərazidə təxliyə işləri aparılır.
Partlayış nəticəsində limandakı bütün fəaliyyətlər dayandırılıb, ətrafdakı avtomobillərə və binalara ciddi ziyan dəyib. Hörmüzqan Limanlar İdarəsi tərəfindən verilən açıqlamada, “Şəhid Rəcəi Limanının bir hissəsində partlayış baş verib, yanğının söndürülməsi istiqamətində işlər davam edir”, - deyə bildirilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Bəsti Rəfizadə