Gəncədə meyxanaçı həbs edildi


Gəncədə meyxanaçı həbs edildi

Gəncə şəhərində "Fərid Gəncəli" ləqəbi ilə tanınan meyxanaçı Fərid Salahov həbs edilib.

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü F.Salahov aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Gəncə şəhər Narkoloji Dispanserində ondan alınmış analiz zamanı qanında narkotik aşkar edilib.

 

O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.

 

F.Salahov barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

 

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən F.Salahov özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: “Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”.

 

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə F.Salahov 15 gün müddətində inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir

Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. "Kapital Bank" kiberdələdu...

Xoşqədəm Xudiyeva və Aslan Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDULAR

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.   Bu barədə Sfera.az-a Elm...

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

XİN Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılması ilə bağlı bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məl...

Qobustanda mikroavtobus yandı

Qobustan rayonunun Cəngi kəndində yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, “Mersedes” markalı mikroavtobusun yanar hi...

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiy...

May ayında varlanacaq 4 bürc: Sevgi, pul, şans...

Astrologiyaya görə, may ayı bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Bəzi bürclər həm sevgi həyatlarında təəccüblü yeniliklər, həm də əhəmiyyətli maliyyə imka...