Dostunun maşınını götürən bank işçisi qəza törətdi, həlak oldu - YENİLƏNİB - FOTO

Dostunun maşınını götürən bank işçisi qəza törətdi, həlak oldu - YENİLƏNİB - FOTO

11:40

Ötən gecə saat 1 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində, Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısında ağır yol nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Salyan şəhər sakini, 1993-cü ildə anadan olmuş Sadıqlı Elvin Namiq oğluna məxsus 90 RA 093 dövlət nömrə nişanlı "VAZ-PRİORA" markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dönərxana kimi istifadə olunan tikiliyə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sükanı arxasında olan və dostunun maşınını idarə edən 1990-cı il təvəllüdlü Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, AccessBank-ın Salyan filialının əməkdaşı Qasımov Elvin Xalıq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun sükan arxasında sıxılıb qalmış cəsədi FHN əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin sahibi Elvin Sadıqlı isə qapalı kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

----------

07:53

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində "VAZ" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:22-də başa çatıb.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...