Yollarda "kontrabas pulu" - Bəs onları kim ödəyəcək?

Yollarda
 Qəzalar zamanı yol təsərrüfatına dəymiş ziyanın yarısı ödənməyib

Respublika yollarında baş verən qəzalar zamanı yol təsərrüfatına dəyən ziyanın yalnız təxminən yarısı ödənilib.

"Azəravtoyol" ASC-dən Milli.Az-a bildiriblər ki, görülən tədbirlərə baxmayaraq, 2016-cı il ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37 ədəd yol nişanı yararsız hala düşüb.  

Ümümilikdə yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib, bundan 416,8 min manat (53,4 %) ödənilib.

Dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 443 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 61 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 143 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...