Lənkəranda evi ildırım vurdu

Lənkəranda evi ildırım vurdu

Lənkəranda evi ildırım vurub.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.

 

Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dörd otaqlı evə ildırım düşüb. Evdə yanğın başlayıb. Yerli sakinlər tərəfindən yanğının qarşısı alınıb. Sakinlər Lənkəranda belə güclü ildırım çaxdığını deyiblər.

 

"İldırım əvvəl həyətdə olan dirəyi vurdu, dirəyə bağlanan naqil vasitəsilə evə keçib", - sakin belə söyləyib.

 

Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibi Rusiya Federasiyasında yaşayır.


OXŞAR XƏBƏRLƏR