Masallıda ikimərtəbəli evdə yanğın oldu

Masallıda evdə yanğın olub.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Masallı rayonu, Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 460 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.