Goranboyda it 50 yaşlı qadına xəsarət yetirdi

Goranboyda it 50 yaşlı qadına xəsarət yetirdi

Goranboyda it 50 yaşlı qadına xəsarət yetirib.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Goranboy şəhərinin Nizami küçəsində qeydə alınıb.

 

Yolla hərəkət edən 1975-ci il təvəllüdlü Alimə Qarayevaya küçə iti hücum çəkib.

 

Nəticədə 50 yaşlı qadın müxtəlif bədən xəsarətləri alıb.

 

Yaralı tibb müəssisəsinə yerləşdirilib.

 

Onun vəziyyəti kafi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR