Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qüdrət Dadaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Sfera.az “pravda.az”a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttiham aktına əsasən, Qüdrət Dadaşov 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikinin həyətindən "WhatsApp" vasitəsilə qeyri-rəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu zərərçəkmiş Səbinə Əkbərova (ad, soyadı şərtidir) ilə danışıb, mesajlaşıb.

 

Sonra o, Səbinəyə telefonunda onun lüt şəkillərinin olduğunu bildirib, həmin fotoları "TikTok" sosial səbəkəsində yayımlayacağını, ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin məlumatının olacağını deyərək hədələyib. Qüdrət hətta zərərçəkmiş şəxs ilə "WhatsApp" vasitəsilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib, həqiqətən, lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri "TikTok"da yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində qadından 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda futbol hakiminə yüksək VƏZİFƏ VERİLDİ -FOTO

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.   Sfera.az bu barədə AKTA-ya istinadən xəbə...

Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. &...

Azərbaycan və Çin arasında bir sıra sənədlər imzalandı

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şir...

Deputat: "Qiymətləndirmə və müvafiq təkliflərin hazırlanmasına ehtiyac var"

Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabat həyata keçirilmiş auditlərin əhatə dairəsinin genişləndirilməsi ilə bərabər, kənar dövlət maliy...

Fatih Terimin sosial şəbəkələrdəki təhqirlərə görə məhkəməsi yekunlaşdı

Sosial medianın həyatımıza tam daxil olması ilə başqa problemlər də ortaya çıxmağa başlayıb. Təhqirin daha asan edildiyi sosial şəbəkələrdə bir çox məhkəmə iddi...

Hesablama Palatası həmin HESABATI AÇIQLADI

Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.   Sfera.az xəbər veri...