Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edildi


Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edildi

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

 

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət edən şikayətçi “Bolt” tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

 

Şikayətlə bağlı araşdırmalar aparılıb və YB dövlət qeydiyyat seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü A.Məhərrəmov (şərti) saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib:

 

“Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində “Port Baku” istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum, rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş etdi.

 

Avtomobildə olan “Bizon” adlı spirtsiz içkini təklif etsəm də, xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu, ona ödənişin kartla olduğunu bildirdim. Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm”.

 

Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb.

 

Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...