Binəqədidə 4 avtomobil də yandı


Binəqədidə 4 avtomobil də yandı

Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub.

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.

 

Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yanğın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınıb:

 

“Ərazidə təxminən 650 kvadratmetr sahə yanıb, digər sahə mühafizə olunub. Eyni zamanda 4 vətəndaşa məxsus avtomobil yanıb. Yanğının ilkin səbəblərinin araşdırılması istiqamətdə iş aparılır. Bizə yanğın zamanı hər hansı vətəndaşın xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...