Sumqayıtda iki yanğın oldu - VİDEO

Hadisə
17:59 / 20.04.2025
4347
Sumqayıtda iki yanğın baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində hər biri 500 və 800 kvadrat metr olmaqla 2 ayrı sahədə qeydə alınıb.
Əraziyə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın fərdi yaşayış evlərinə keçmədən qısa müddət ərzində söndürülüb.
Yanğının səbəbi araşdırılır. (APA)
Bizim.Media