Əxlaqsızlıq edən daha bir molla həbs edildi - 85 yaşı var...

Əxlaqsızlıq edən daha bir molla həbs edildi - 85 yaşı var...

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadlar şərti) həbs edilib.

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, B.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə 4 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.

 

O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.

 

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində B.Həsənov törətdiyi əməlin yaşına uyğun olmadığını deyərək üzr istəyib və bağışlanmasını xahiş edib.

 

Qeyd edək ki, bu ilin yanvarında da Naxçıvanda oxşar əməlləri törədən digər mollaya da hökm oxunmuşdu.


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....