Tanışına hədə-qorxu gəldi, 170 mini ələ keçirdi

Hadisə
13:30 / 17.04.2025
4036
Vətəndaşa hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 min 100 manatını ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.