Zaqatalada 35 yaşlı kişi faciəvi şəkildə öldü

Hadisə
18:00 / 16.04.2025
9141
Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.