Sumqayıtda ticarət mərkəzində yanğın oldu - YENİLƏNDİ

Sumqayıtda ticarət mərkəzində yanğın oldu - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

09:20

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.

 

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

 

***

 

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR