Bank kartlarından daha 14 min oğurlandı


Bank kartlarından daha 14 min oğurlandı

Ötən gün vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb.

 

Bu baradə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

 

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

 

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".


OXŞAR XƏBƏRLƏR

Hava şəraitinin daha bir fəsadı: Ağac avtomobilin üzərinə aşdı - FOTO

Güclü külək və yağan intensiv yağışlar bir sıra fəsadlar törədib.   Sfera.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu Atatürk prospektində güclü kü...

Muzeydə inanılmaz hadisə: Qatil dərisi ilə örtülmüş kitab sərgilənir

Uilyam Korder sevgilisini öldürməkdə təqsirli bilindikdən sonra ictimaiyyət qarşısında edam edilib. Məlum olub ki, bu işi təsvir edən kitab Korderin dərisinə ci...

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşündən görüntülər paylaşım edilib. Sfera.az paylaşımı təq...

Bugünkü seldə ölən sahə rəisinin - FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi ölüb.   &...

Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR

Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.   Sfera.az bildirir ki, bu barədə Oxu.Az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraci...

Qatarların hərəkət cədvəlində dəyişiklik var? - ADY

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.   Sfera.az xəbər verir ki, b...