Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü
Kateqoriya məlum deyil
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin aşıması nəticəsində bir nəfər ölüb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.






