Bakı bulvarında bir nəfər dənizə düşdü


Bakı bulvarında bir nəfər dənizə düşdü

Bakı şəhəri, Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb.

 

Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hazırda hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib:

 

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

 

Əlavə məlumat veriləcək".


OXŞAR XƏBƏRLƏR