Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var


Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var

Bakıda iki qardaş bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

 

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

 

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.


OXŞAR XƏBƏRLƏR