"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi


"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi

Misli Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.

 

Sfera.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

 

Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb.

 

"Gənclik şəhəri" təmsilçisində 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb.

 

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.

 

Günün ilk matçında "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib - 2:0.

 

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq


OXŞAR XƏBƏRLƏR