Dəhşətli HADİSƏ: Qadın yeni dünyaya gətirdiyi körpəni xəstəxanada atıb QAÇDI

Dəhşətli HADİSƏ: Qadın yeni dünyaya gətirdiyi körpəni xəstəxanada atıb QAÇDI
Kateqoriya məlum deyil
T

Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş uşağını atmış qadını axtarır.

 

Sfera.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, aprelin 10-da naməlum qadın yeni doğulmuş körpəsi ilə şəhər xəstəxanalarından birinin namaz otağına daxil olub. O, dəstəmaz alarkən uşağa baxmaq üçün orada olan başqa bir qadından kömək istəyib və körpəni ona verib.
 

Bundan sonra o, naməlum istiqamətdə yoxa çıxıb. Qadının axtarışları davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR