Bakıda maşın maneəyə çırpıldı, 2 nəfər xəsarət aldı - FOTO

Bakıda maşın maneəyə çırpıldı, 2 nəfər xəsarət aldı - FOTO

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Sfera.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə Xəzər rayonunda baş verib.


Məlumata görə, 36-BX-849 dövlət qeydiyyatl "Hyundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maneəyə çırpılıb.

 

Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.


DİN-in mətbuat xidməti də qəza ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür..


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR