"Sovetski"dəki yanğından FOTOlar

Sfera.az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın ümumi həyət tipli bir tərəfi ikimərtəbəli, digər tərəfi üçmərtəbəli taxta konstruksiyalı mənzillərdə baş verib: "Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub. Uçqunlar altında qalan bir nəfərin cəsədi aşkar olunub. Xilas edilən insanlardan ikisi qadın, digər ikisi isə kişi olub. Hazırda yataq xəstəsi olan iki nəfərin vəziyyəti ağırdır".

Ə.Novruzov bildirib ki, yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır: "Təhqiqat işlərinin nəticəsindən asılı olaraq səbəblər məlum olacaq. İlkin ehtimal üçün müxtəlif səbəblər ola bilər. Yanğının tez yayılmasına səbəb evlərdə taxta konstruksiyaların çoxluq təşkil etməsidir".

Qərargah rəisi vurğulayıb ki, yanğınla bağlı çağırış 17.01 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə daxil olub: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunaraq Bakı qarnizonu dərhal hadisə yerinə cəlb olunub".

 





OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...