Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata AĞIR CƏZA

Bakıda Suraxanı rayon sakini Kamal Şükürova bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən sabiq diplomat Emin İbrahimovun məhkəmə istintaqı başa çatıb.
Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub və Emin İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, daha əvvəlki iclasda dovlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə 2024-cü il iyulun 22-də baş verib. Emin İbrahimov Kamal Şükürova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Emin İbrahimov 2007-20-ci illərdə diplomatik korpuslarda çalışıb. O, 2012-16-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-19-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.