"Sovetski" GÜCLÜ YANĞIN - 10 yanğınsöndürən maşın cəlb olunub - YENİLƏNİB - FOTO

17:49

FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Milli.Az-a bildirib ki, hadisə "Sovetski"də, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb, 3 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı binanın taxta konstruksiyaları yanıb. Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb.

----------

17:39

Paytaxtın Səbail rayonunda yanğın baş verib.

Sfera.az xəbər verir ki, şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə yerinə 6 yanğınsöndürmə maşını göndərilib.

Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.
 
 Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR