Bakıda oğurluq edən şəxsin üzərindən narkotik TAPILDI

Bakıda oğurluq edən şəxsin üzərindən narkotik TAPILDI

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2 500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb.

 

Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
 

Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 000 manat, 300 dollar pul vəsaiti, 4 500 manat dəyərində qızıl-zinət əşyaları, notbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.


Faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...