Gəncədə şagirdlər müəllimi döydü


Gəncədə şagirdlər müəllimi döydü

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

 

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

 

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

 

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Şənbə günü Bakıda 20 dərəcə isti olacaq

Aprelin 19-da gözlənilən hava şəraitiaçıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ...

Azərbaycanda nikahların sayı kəskin artıb - Statistika

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nikahların sayında ciddi artım müşahidə edilib.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadə...

Bakıda evdən 17 min manatlıq oğurluq olub

Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17 min manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. &n...

Əxlaqsızlıq edən daha bir molla həbs edildi - 85 yaşı var...

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadlar şərti) həbs edilib.   Sfera.az ...

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

"ABB" müştərilərə yığım imkanı və əlavə qazanc fürsəti yaradan daha bir yeniinnovativ məhsulunu təqdim edib. Bu, Bankın “Dama-dama” adlı r...

"Çökək və dərə kənarı ərazilərdə yaşayış evləri tikilməməlidir" – Ekspert

Son günlər yağan leysan xarakterli yağışlardan sonra Bakı və Abşeron ərazisində bir çox yaşayış massivlərində subasma qeydə alınıb. Müşahidələrdən məlum olur ki...