Nardaranda bağ evlərindən 150 minlik oğurluq - VİDEO


Nardaranda bağ evlərindən 150 minlik oğurluq - VİDEO

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, iki evdən 150 000 manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər.

 

Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib. Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Bayramov Çavuşoğluya başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı keçmiş həmkarına başsağlığı verib.   S...

Nuridə Allahyarova "Yeni Klinika" ilə YOLLARINI AYIRDI

"Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova vəzifəsindən ayrılıb.   Sfera.az xəbər verir ki, o bu barədə özün...

“Mən planla hazırlaşırdım və yüksək nəticə əldə etdim" – 300 bal toplayan şagird

2025-ci ilin 9 mart tarixində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir neçə şagird maksimum bal - yəni 300 bal toplayıb. Hə...

Ərdoğan Azərbaycanla Türkiyə arasında bu Sazişi təsdiq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökümətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib.   Sfer...

Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”

  “Azərbaycan və gürcü xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar və bu, indi də belədir. O cümlədən, dövlətlərarası ...

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur - İddia

“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.   Sfera.az Metbuat.az-a istinadla xə...