Toyu günü qəza törədən bəyə HÖKM OXUNDU

Toyu günü qəza törədən bəyə HÖKM OXUNDU

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Sfera.az xəbər verir ki, hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən yolun 23-cü kilometrliyində qeydə alınıb.


Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi "Ford Fusion" markalı avtomobil hərəkətdə olarkən VAZ-2106 markalı maşınla toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb.

 

Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb. Həmçinin, qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar.
 

Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı "Anadolu" restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiym...

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...