İşlədiyi bağçada intihar etdi

Hadisə
14:40 / 08.04.2025
4052
Bakıda intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.