“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var

“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var

"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib.

 

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. 

 

Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş "İynə" satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən lent.az-a faktı təsdiqləyiblər.


OXŞAR XƏBƏRLƏR