Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - tutulanlar var - FOTO


Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - tutulanlar var - FOTO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

 

Aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri - 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.

 

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Nazirlik elmi müəssisələrin ləğvinin səbəbini açıqladı

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin ...

"Kartdan karta" köçürmə edənlərin nəzərinə

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul k...

“Qırmızı Körpü” və “Samur”un ərazisi genişləndiriləcək

“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sü...

BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya

Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər bizi kədərləndirdi.   Sfera.a...

Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı

Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi ...

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan...

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaş...