Azərbaycanda aktyorlara hücum OLDU

Azərbaycanda aktyorlara hücum OLDU

"Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb".

 

Sfera.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.

Onun sözlərinə görə, "Ayıq sürücü"nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşib:
 

"Ötən gün axşam saatlarında "Koroğlu" metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər.

 

"Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz" deyərək təhdid ediblər.
 

Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıblar. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər - bığ və saqqallarını qırxıblar".
 

Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib:

 

"Bu addım, "Ayıq sürücü"də iştirak edən şəxslərin - ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası "YouTube" platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib".



Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur: "Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil.
 

Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik".
 

Xatırladaq ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb ediblər.


OXŞAR XƏBƏRLƏR

Gecə klubunun damı uçdu: 27 nəfər ölüb, insanlar dağıntılar altında qalıb

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klublarının birində faciə baş verib. 200-ə yaxın insanın iştirak etdiyi şənlik zamanı dam örtüyü çöküb. ...

Milyarder "Əbədi yaşamağa" çalışarkən səhv etdi

Qabaqcıl texnologiyadan istifadə edərək qocalmanı dayandırmaq cəhdləri ilə tanınan milyarder biohaker Brayan Conson bir tibbi dərman qəbul etməyin ciddi yan təs...

Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavablarının bu həftənin sonuna elan olunacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Dövlə...

Ədalət Şükürov bu yolla arıqlayıb

Əməkdar artist Ədalət Şükürov arıqlamasının sirrini açıqlayıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi idm...

Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün...

Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi

Rusiyanın Volqoqrad şəhərində Qumrak hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub.   Sfera.az xəbər verir ki, bu haqda Rusiya Federal...