Bakıda sürücü 54 yaşlı qadını öldürdü
Kateqoriya məlum deyil
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında qeydə alınıb. Yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Sürəyya Nəriman qızı Mürsəlovanı maşın vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.






