Lənkəranda faciə: toy yasa döndü

Hadisə
15:30 / 06.04.2025
6958
Lənkəranda toy yasa çevrilib.
Sfera.az Unikal-a istinadla xəbər verir ki, Lənkərana bacısı qızının toyuna gedən Cəlilabad rayon Qarayar kənd sakini 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov toyda özünü pis hiss edib.
Yaxınlarından onu yaxınlıqdakı aptekə aparmalarını xahiş edib. Aptekdə dərman qəbul etdikdən sonra onun halı pisləşib və təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Göstərilən bütün səylərə baxmayaraq S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.