Biləsuvarda ağır qəza - Ölən var

Biləsuvarda ağır qəza - Ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Bəydili kəndində qeydə alınıb.

 

33 yaşlı Biləsuvar şəhər sakini Nicat Etibar oğlu Süleymanlının idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Xırmandalı kəndindən olan 37 yaşlı Rafiq Rəfael oğlu Əhmədovun sürdüyü “VAZ 2106” toqquşub.

 

Qəzada baş nahiyələrindən xəsarət alan sürücülər rayon xəstəxanasına çatdırılıb. Göstərilən ilkin tibbi yardımdan sonra dəqiqləşməmiş kəllə-beyin travması ilə Şirvan Rayon Mərkəzi Xəstəxana yerləşdirilən R. Əhmədov orada ölüb.

 

Digər sürücünün müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Aysel Soltanova vəzifəsindən azad edildi

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.   Sfera.az ...

İctimai nəqliyyatdan bu şəkildə istifadə edənlər cərimələnəcək

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gü...

"Bəzi güclər Azərbaycanın iradəsini sınağa çəkməyə çalışır"

"Bu gün özünü insan haqları təşkilatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarıını...

Cinayət Məcəlləsində PUA-larla bağlı dəyişiklik edildi

Pilotsuz uçuş aparatının və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət et...

Uşaqlar həmişəkindən daha çox sıxılır - Valideynlər nə etməlidir?

Texnologiyaların böyük imkanlar yaratdığı, həyatın daha əyləncəli keçdiyi indiki dövrümüzdə uşaqların daha çox darıxması müşahidə edilir. Araşdırmalar göstərir ...

Bu şəxslər cərimə olunacaq - RƏSMİ

Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsisçisi cərimələnəcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu g...