İsmayıllıda ağır qəza - ölən və xəsarət alanlar var


İsmayıllıda ağır qəza - ölən və xəsarət alanlar var

İsmayıllıda avtomobil qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, gecə İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb.

 

Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.

 

Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 


OXŞAR XƏBƏRLƏR