Narkoman anasını öldürmək üçün evi yandırdı

İstanbulda narkotik asılılığı olduğu iddia edilən bir şəxs, xərçəng xəstəsi olan anasını öldürmək istəyib. O, anasının yaşadığı evdə mətbəxdə istifadə üçün nəzərdə tutulan qaz balonlarını otaqlara yerləşdirərək yanğın törədib.
Sfera.az "NTV"yə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Arnavutköydə baş verib.
İddialara görə, Əli Ceylan 74 yaşında olan anası, xərçəng xəstəsi Gülhan Aydoğdunu öldürmək istəyib. Təhdidlərə məruz qalan ana, tualetə getmək bəhanəsiylə evdən qaçıb.
Anasının tualetdə olduğunu düşünən Ceylan, evdəki mətbəx qaz balonları ilə yanğın törədib.
Oğlundan davamlı şiddət gördüyünü deyən ana, oğlunun xəstəxanada müalicə almasına baxmayaraq heç bir müsbət dəyişikliyin baş vermədiyini bildirib. Anasının iddiasına görə, oğlu evi yandıqmaqla onu da öldürmək istəyib:
"Oğlumun xəstəxanadan çıxmasını istəmirəm, daha əvvəl məni döyüb. Gələrsə, yenə məni öldürəcək, nə edəcəyimi bilmirəm, artıq yaşamaq üçün bir evim də qalmadı”.
Bəsti Rəfizadə