Logo

Şəkidə piyada ölümü baş verdi

Şəkidə piyada ölümü baş verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Sfera.az bildirir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən keçən hissəsində baş verib.

Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR