Allahşükür Paşazadənin səhhətində problem yarandı

Allahşükür Paşazadənin səhhətində problem yarandı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.

 

Sfera.az xəbər verir ki, buna səbəb A.Paşazadənin səhhətində problemlərin yaranmasıdır.

Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib.
 

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamlığı ilə qılınıb.
 

Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.


Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir. (Teleqraf)

 


OXŞAR XƏBƏRLƏR

Apreldə güclü maqnit qasırğaları olacaq – PROQNOZ

Aprel ayı güclü maqnit qasırğaları ilə zəngin olacaq, ən yaxşı halda gözlənilən üç böyük dalğalanma və yalnız arabir qısamüddətli sakitlik dövrü olacaq.  ...

Ana oğlunu 20 ildir evə həbs edibmiş, oğlan isə... - FOTO

ABŞ-nin Konnektikut ştatının Uoterberi şəhərində dəhşətli hadisə baş verib.    Sfera.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki,...

Azərbaycanın Əməkdar həkimi dünyasını dəyişdi - FOTO

Azərbaycanın Əməkdar həkimi vəfat edib.   Sfera.az manset.az-a istinadən xəbər verir ki, tanınmış lor-cərrah Məmili Süleymanov qəfil vəfat edib....

Bu ərazilərində qaz təchizatı dayandırıldı

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.   Sfera.az vxəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkət...

Rusiya və Ukraynanı sülhə gecikdirən nədir yaxud kimdir? - AÇIQLAMA

Rusiya və Ukrayna arasında atəşkəs əldə etmək mümkün olmur. Tərəflər arasında əsaslı fərqliliklər və dərin siyasi, hərbi, iqtisadi maraqlar mövcuddur. Münaqişən...

"ABŞ İrana hədəf alsa, Azərbaycan üçün ciddi təhlükələr yaranacaq" - Politoloqdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranın bombardmanlara məruz qalacağı ilə hədələyib. Tramp qeyd edib ki, İran nüvə silahı üzrə sazişi iki ay ərzində imzalamasa ABŞ t...