2 uşaq anası ehtiyatsızlıqdan sirkə turşusu içdi - vəziyyəti ağırdır

Hadisə
10:49 / 30.03.2025
10672
Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.
Sfera.az xəbər verir ki, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.
Ailə üzvləri Z. Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Lakin həkimlər onun hazırda vəziyyəti ağır qiymətləndirir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.