Ağstafada avtomobil ağaca çırpılıb, 3-cü kürs tələbəsi ölüb - FOTO

Ağstafada avtomobil ağaca çırpılıb, 3-cü kürs tələbəsi ölüb - FOTO

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə yerinə təcili tibbi yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qəzada ölən E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.

 


OXŞAR XƏBƏRLƏR