Bərdədə 10 gün əvvəl kanalda batan qızın meyiti tapılıb - VİDEO


Bərdədə 10 gün əvvəl kanalda batan qızın meyiti tapılıb - VİDEO

Bərdədə kanalda batan 17 yaşlı qız 10 gün sonra tapılıb.

 

Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin xəbərinə görə, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat verilmişdir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirib.

 

Bu gün kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızı Qarabağ kanalının 2 km məsafədə aralıdan rayonun Qaraqoyunlu kəndi ərazisindən polis əməkdaşları tərəfindən tapılıb.

 

G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR