Logo

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

Sfera.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR